RU

Paşinyandan Putin və Mişustinə MƏKTUB

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Günü münasibətilə bu ölkənin prezidenti Vladimir Putin və baş naziri Mixail Mişustinə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

"Rusiyanın müasir tarixində bu mühüm gün rusların zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan ölkənin tarixində yeni siyasi mərhələ açmaq istəyini simvollaşdırır. Əminəm ki, Ermənistanla Rusiya arasında çoxəsrlik bərabərlik prinsiplərinə əsaslanan və iki ölkə xalqlarının maraqlarını nəzərə alan münasibətlər bundan sonra da konstruktiv istiqamətdə inkişaf edəcək, ikitərəfli münasibətlərin möhkəmlənməsinə kömək edəcək", - məktubda deyilir.

 

Qarşılıqlı maraq doğuran bütün sahələrdə çoxtərəfli əməkdaşlıq qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
95
1
modern.az

2Источники