RU

Ən çox gömbul insanın yaşadığı ölkələr

Yazını böyüt
Yazını kiçilt

Son illər piylənmə dünya ölkələrində əsas baş bəlalarından biridir. Nəzarətsiz və qeyri-sağlam qidalanma, oturaq həyat tərzi və sair kimi amillər üzündən piylənməyə məruz qalan insanlar bu yolla fərqli xəstəlikləri də qazanmış olurlar.

Hafta.az-ın yazdığına görə, piylənmədən əziyyət çəkən insanların sayına görə, Amerika Samoası birincidir. Bu kiçik ölkədə əhalinin 70,29 faizi gombuldur. Siyahıda ikinci pilləni 69,65 faiz gombulları ilə Nauru, üçüncü yeri isə 67,05 faizlə Tokelau tutur.

Gombulların ümumi əhali arasında faiz göstəricisinə görə Kuk Adaları 66,05 faizlə dördüncü, Nayue 63,71faizlə beşinci, Tonqa Krallığı 63,37 faizlə altıncı, Tuvalu 63,37 faizlə yeddinci, Samoa 52,84 faizlə səkkizinci, Fransız Polineziyası 47,02 faizlə doqquzuncudur.

Siyahıda ilk onluğu dünyanın supergücü Amerika Birləşmiş Ştatları tamamlayır. Bu ölkədə piylənmədən əziyyət çəkənlər ümumi əhalinin 41,64 faizini təşkil edir.          

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
hafta.az

1Источники