RU

Lunyovun yeni klubu BƏLLİ OLDU

“Qarabağ”dan ayrılan Andrey Lunyov karyerasını Rusiyada davam etdirməyə yaxındır. 

Bizim.Media xəbər verir ki, 32 yaşlı qolkiper “Dinamo” ilə razılaşıb. 

Lunyov Moskva təmsilçisi ilə 2+1 illik müqavilə imzalayacaq. Qolkiper yeni klubunda 1,2 milyon avroya yaxın maaş alacaq.

Lunyov ötən mövsüm “Qarabağ”la 34 oyunda 43 qol buraxıb. Qolkiper 10 matçda isə qapısını toxunulmaz saxlayıb. “Qarabağ” rus qapıçının müddəti bitən müqaviləsini uzatmayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
bizim.media

1Источники