RU

Bu avtomobillər üçün xüsusi parklanma yerləri müəyyən edilir

Bakı. Trend:

Elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurmaməqsədilə parklanma yerləri 5.15 yol nişanına 7.5.9 lövhəciyi əlavəolunmaqla müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquqsiyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləniclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanunadəyişiklikdə əksini tapıb.

Həmin parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrikmühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla,nəqliyyat vasitələrinin parklanması qadağandır.

5.15 yol nişanına 7.4.7 lövhəciyi əlavə olunmaqla müəyyən edilənparklanma yerlərində həm velosipedlər, həm də kiçik elektriknəqliyyat vasitələri, 5.15 yol nişanına 7.4.8 lövhəciyi əlavəolunmaqla müəyyən edilən parklanma yerlərində isə yalnız kiçikelektrik nəqliyyat vasitələri parklana bilər.

Velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçünnəzərdə tutulmuş parklanma yerlərindən kənarda parklanmasıqadağandır.

Parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmayagörə ödəniş SMS və ya xüsusi proqram təminatı vasitəsilə elektronqaydada həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhalmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)müvafiq informasiya sisteminə ötürülür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
144
2
az.trend.az

10Источники