BMW, “Volkswagen” və “Mercedes” Avropanın Çin avtomobillərinə tətbiq edəcəyi əlavə vergini istəmir.

İndex.az xəbər verir ki, son illərdə Avropada böyük Çin avtomobil bumu var.

Bu vəziyyətin xoşuna gəlməyən Avropa Komissiyasının sədri Von der Leyen ötən ilin sonunda Brüsselin Avropa bazarını pozduğunu əsas gətirərək Çin istehsalı olan elektrikli avtomobillərə qarşı subsidiya araşdırması başlayacağını açıqlamışdı.

Bu həftə Çində istehsal edilən elektrikli avtomobillərə əlavə vergilər və bəzi qaydalar açıqlayacağı gözlənilən Avropa Birliyi BMW, “Volkswagen” və “Mercedes” kimi şirkətləri bu mövzuda qorxudur.

Avropada yerləşən nəhəng istehsalçılar Çinin Avropa Birliyinin bu addımına qisas alacağından və bunun Çindəki satışlarına zərər vuracağından narahatdırlar. Dünyanın ən böyük avtomobil bazarlarından biri olan Çində avropalı istehsalçılar hər il milyonlarla avtomobil satırlar.