Bakı. Trend:
İyunun 12-də gecə İsmayıllı rayonu ərazisindən axanGirdimançay-Qaranohur, Quba rayonu ərazisindən axanVəlvələçay-Təngəaltı və Şabran rayonu ərazisindən axanGilgilçay-Şabran məntəqələrindən sel keçib.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətiməlumat yayıb.
Bildirilib ki, hazırda da Quba rayonu ərazisindən axanQudyalçay-Qımıl məntəqəsindən sel keçir.