RU

Ötən illə müqayisədə sərnişin daşınmasında artım var » AzadMedia.az


Son illər ADY-də keçirilən islahatlar nəticəsində sərnişindaşıma xidmətində yüksək artım tempi müşahidə olunur. ADY-dan Azadmedia.az-a daxil olan məlumata görə bu ilin 5 ayında şəhərətrafı və ölkədaxili marşrutlarla 3,3 milyona yaxın sərnişin rahat və təhlükəsiz mənzilbaşına çatdırılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21% çoxdur. ADY-nin yeni alınmış qatarlarının istismara cəlb olunması sərnişindaşıma xidmətinin daha da təkmilləşdirilməsi və statistik nəticələrin artımına səbəb olacaq.

Xatırladaq ki, 2023-cü ildə ilk dəfə olaraq il ərzində 7 milyon sərnişin daşınıb. Bu göstərici pandemiyadan öncəki ölkədaxili və beynəlxalq daşımaların ümumi statistikasına nisbətdə iki dəfədən çoxdur.
Избранный
169
1
azadmedia.az

2Источники