RU

Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində ekoloji dayanıqlılıq diqqət mərkəzindədir

Bakı. Trend:

Bu gün Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS)təşkilatçılığı ilə CANSO-nun Ümumdünya Aeronaviqasiya Sammiti işəbaşlayıb. Həmçinin bu həftənin sonunda təşkilatın 28-ci İllik Ümumiİclası (AGM) keçiriləcək.

İyunun 11-dən 13-nə kimi davam edəcək tədbirdə hava hərəkətinintəşkili sahəsində dünya liderləri və CANSO-nun (Beynəlxalq MülkiAeronaviqasiya Xidmətləri Təşkilatı) üzvləri təşkilatın gələcəyiüçün əsas məsələlərin müzakirəsində və vacib qərarların qəbuledilməsində iştirak edəcəklər. Builki tədbirin mövzusu ekolojidayanıqlılıq, xüsusilə iqlim dəyişikliyi ilə mübarizədir.İştirakçılar karbon emissiyalarının azaldılması, qabaqcıltexnologiyaların tətbiqi, ekoloji cəhətdən daha təmiz uçuşlara nailolmaq üçün hava hərəkətinin idarə edilməsi prosesinintəkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Sammitin açılış mərasimində CANSO-nun baş direktoru SaymonHokkard, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyatnaziri Rəşad Nəbiyev, ekologiya və təbii sərvətlər naziri, COP29-unmüəyyən edilmiş prezidenti Muxtar Babayev, həmçinin videomüraciətformatında Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) prezidentiSalvatore Şakkitano çıxış ediblər.

“Azərbaycanda bir araya gəlməyimiz bizə iqlim dəyişikliyinintəsirlərini azaltmaq üçün qlobal əməkdaşlığın və birgə fəaliyyətinvacibliyini xatırladır. Azərbaycan ətraf mühitin mühafizəsisahəsində mühüm addımlar atıb. Bu mühüm müzakirəni burada, Bakıdaapararaq biz gələcək nəsillər üçün planetimizin ekosistemininqorunması məqsədilə bütün sənaye və ölkələrin birgə səylərininzəruriliyini dərk edirik”, — deyə CANSO-nun baş direktoru SaymonHokkard açılış mərasimində bildirib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qeyd edib:“Ümumdünya Aeronaviqasiya Sammiti 2024" və CANSO-nun 28-ci İllikÜmumi İclasına ev sahibliyi etmək Azərbaycanın aviasiya sektorundaartan təsirini və liderliyini vurğulayır. Eyni zamanda biziminnovasiyalara, mükəmməlliyə və beynəlxalq aviasiya təşkilatlarındafəal iştiraka sadiqliyimizi əks etdirir. CANSO rəhbərliyinə bizəetimad göstərdiyinə görə minnətdarlığımızı bildirməkistəyirəm”.

“Gəlin bu tədbirdən fikir mübadiləsi aparmaq, ən yaxşıtəcrübələri bölüşmək və yeni əməkdaşlıqlar qurmaq üçün platformakimi istifadə edək. Bir araya gələrək bu sahə qlobal qazemissiyaları məsələsini həll edə və ümumi iqlim hədəflərimizəəhəmiyyətli dərəcədə töhfə verə bilər”, — deyə ekologiya və təbiisərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti MuxtarBabayev bildirib.

AZANS haqqında

“Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olan“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Azərbaycanınhava məkanında uçuşların təhlükəsizliyinə və xidmətinə cavabdeholan qurumdur. AZANS bütün beynəlxalq aviasiya təşkilatlarınıntələblərinə yüksək səviyyədə cavab verir. Hazırda AZANSAzərbaycanın hava məkanında hər ay orta hesabla 18 min tranzituçuşa xidmət göstərir ki, bu da ölkəmizin hava məkanını xariciaviaşirkətlər üçün daha da cəlbedici edir.

CANSO haqqında

CANSO — Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı —hava məkanının idarə edilməsində qlobal səsdir və onun gələcəyiniformalaşdırır. CANSO-nun üzvləri dünya hava trafikinin təxminən 90faizini əhatə edir və aeronaviqasiya xidməti təminatçıları, havaməkanı istifadəçiləri və operatorları, aviasiya texnikasıistehsalçıları və təchizatçılarını özündə birləşdirir. CANSO dünyamiqyasında hava hərəkətinin idarəolunma səviyyəsini yüksəltmək üçünsənayenin nümayəndələrini bilik, təcrübə və innovasiya mübadiləsiməqsədilə bir araya gətirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
31
az.trend.az

10Источники