RU

Azərbaycan klubunun funksioneri: "Yeni baş məşqçi ilə razılaşmışıq, bircə imza qalıb"

"Onunla görüşüb danışmışıq".
Bunu Sportinfo.az-a açıqlamasında "Turan Tovuz"un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov deyib.
Mövsümün sonunda Ayxan Abbasovla yollarını ayıran qərb təmsilçisi onun yerinə əcnəbi mütəxəssis gətirir.
Belə ki, bölgə komandasının türkmənistanlı mütəxəssis Qurban Berdiyevlə danışıqları müsbət yekunlaşıb. 71 yaşlı çalışdırıcı bu məqsədlə 3 gün öncə Azərbaycana dəvət olunub.
Yayılan xəbərlərə görə, Berdiyev gələn həftə Bakıya gələcək və tərəflər rəsmi müqaviləyə imza atacaq.
Səməd Nəsibov bu haqda aşağıdakılar söyləyib
"Prinsip olaraq razılığa gəlmişik. Ancaq hələ ki, ortada imza yoxdur. Son detallar üzərində danışırıq. Yaxın bir neçə gün ərzində danışıqlarımız yekunlaşacaq"
1986-cı ildə məşqçiliyə başlayan Berdiyev karyerası ərzində “Taraz”, “Gənclərbirliyi”, “Kayrat”, “Rubin”, “Rostov”, “Traktor”, “Soçi” klublarını, həmçinin Türkmənistan yığmasını çalışdırıb. Onun son iş yeri isə bu il ayrıldığı Mahaçqala “Dinamo”su olub.
Berdiyevin əsas uğurları “Rubin”lə bağlıdır. O, Kazan klubunda 2 dəfə Rusiya Premyer Liqası və Rusiya Superkubokunu, 1 dəfə isə Rusiya Kubokunu qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
68
sportinfo.az

1Источники