RU

Müğənninin evinin qiyməti DODAQ UÇUQLATDI

“Mənim evim yerləşən ərazidə evlərin hər 1 kvadrat metrinin qiyməti 3 min 500 manatdır”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Arzu Qarabağlı “Elcanlı” axşam şousunda deyib.

Müğənni evinin 200 kvadrat metr olduğunu bildirib.

Onun sözlərini əsas gətirən proqramın əməkdaşları isə Arzunun evinin bazar qiymətinin 700, 800 min manat arasında dəyişdiyini qeyd ediblər.

İfaçı isə öz növbəsində bunun əhəmiyyətsiz olduğunu bildirib:

“Balaca bir yerdə yatırsan. Balaca bir yerdə də çay içib, çörək yeyib durursan. Mən elə olur ki, mətbəxdə divan var, orada uzanıb yatıram. Gün ərzində qonaq otağına bir dəfə belə keçmirəm. Mənə fərqi yoxdur, 200 kvadrat olsun, ya 2 kvadrat”.

Ziyafət Əlisoy

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
58
1
bakivaxti.az

2Источники