RU

Qəbul imtahanlarının 2-ci cəhdində iştirak üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat 17 iyun saat 23:59-dək aparılacaq.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) edirlər. 2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə bilərlər.

12 iyun saat 09:00-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 11178, II ixtisas qrupu üzrə 10420, III ixtisas qrupu üzrə 12043, IV istisas qrupu üzrə isə 3253 abituriyent qeydiyyatdan keçib.

İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçən abituriyentlər iştirak edə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
49
apa.az

10Источники