RU

Abituriyentlər və müəllimlər DİM-ə etiraz etdi - "Hərəsinə heç 2 dəqiqə vaxt düşmür" - VİDEO

Abituriyentlər və müəllimlər DİM-ə etiraz etdi - "Hərəsinə heç 2 dəqiqə vaxt düşmür" - VİDEO

İyunun 8-i və 9-u tarixlərindənn birinci qruplar üzrə keçirilən test imtahanından abituriyentlər narazılıq edir. Onlar çətin fənlə bağlı imtahana təyin edilən zamanın azlığından şikayətçidirlər. Abituriyentlər imtahan suallarının ayrılan 1 saatdan daha çox vaxt tələb etdiyini iddia edirlər.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Apa TV araşdırma aparıb:

"İmtahanda olan suallar çox düşündürücü idi. Həddindən artıq vaxt aparırdı. Bunu. 1 saata heç kim çatdıra bilməz. Müəllimlər belə canlı yayımda onu 1 saat ərzində yazıb qurtara bilmədilər. Bizdən niyə onu tez vaxtda tələb edirlər. Bunun hələ kodlaşdırması var. Elə suallar var ki, hərəsinə 3-4 dəqiqə vaxt gedirdi".

İnformatika üzdə ekspert Tural Sofiyev deyir ki, müəllim olaraq bu suallara 40 dəqiqəsi gedib:

"İki illik natamam bazaya malik olan şagird nə etməlidir? Bu 30 sualı nəyə əsaslanaraq 1 saata çatdırması tələb edilir. Summativ və imtahan səviyyəli suallar tamamilə bir-biriylə örtüşmür. Sınaqlara hazırlan prosesində bəllidir ki, müəyyən xərclər olur. Amma imtahanın 40-50 manat səviyyəsində olması, ailə büdcəsinə imkan verməyəcək. Yaxşı olar ki, bu sınaqlar ödənişsiz və dövlət hesabına təşkil edilsin".

Ətraflı Apa TV-nin süjetində;

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
130
sonxeber.az

1Источники