RU

Məşhur müğənni niyə telefondan istifadə etmir?

Məşhur müğənni Ed Şiran on ilə yaxındır telefondan niyə istifadə etmədiyinin səbəbini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.

“2015-ci ildən telefon nömrəm yoxdur. Bu yaxınlarda mənə “Boston”un oyununa gedərkən şəklimi çəkmək üçün telefon verdilər. Lakin o telefondan da istifadə etməmişəm”, - deyə müğənni bildirib.

O, niyə belə bir qərar verdiyin i də açıqlayıb. “Bir dəfə atamla nahar edirdim və telefonuma mesajlar və bildirişlər gəlirdi. Daim yoxlamalı olurdum. Baş düşdüm ki, canlı əlaqələrim azalır. O vaxtdan bəri telefondan imtina etdim, yalnız həftədə bir dəfə “iPad” və e-poçtu yoxlayıram”, – Şiran izah edib.

Tural

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
2
publika.az

3Источники