RU

Qazaxda ağır qəza - ölən var

Qazaxda ağır yol-nəqliyyat hadisəsi olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün "Ford" və "Mercedes" markalı avtomobillərin toqquşması ölümlə nəticələnib.

Belə ki, 1955-ci il təvəllüdlü Ş. Mustafayeva hadisə yerində ölüb. 1964-cü il təvəllüdlü İ. Musayev və "Mercedes" markalı avtomobilin sürücüsü xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
97
4
milli.az

10Источники