RU

Gürcüstandan kritik qərar: Qərbdən üz çevirdi, 16 ildən sonra Rusiya ilə...

“Gürcü arzusu” partiyası 16 ildən sonra Rusiya ilə diplomatik münasibətləri bərpa etmək üçün hazırlıqlara başlayıb.

Publika.az xəbər verir ki, bu barədə iyunun 11-də “Mtavari” telekanalı məlumat yayıb.

Gürcüstan 2008-ci il sentyabrın 3-də Moskvanın Cənubi Osetiya və Abxaziyanı tanımasından sonra Rusiya Federasiyası ilə diplomatik əlaqələri kəsib.

Telekanalın mənbələri təsdiqləyiblər ki, iki ölkə hökumətləri bu məsələ üzərində fəal işləyirlər və Gürcüstanın Moskvadakı səfirliyinə artıq işçilərin seçiminə başlanılıb.

Materialda qeyd olunur ki, səfirliyin açılması barədə ilk dəfə diaspor və işgüzar dairələrin nümayəndələri danışıblar. “Gürcü arzusu” Rusiyada səfirliyin açılması ilə bağlı xəbərləri rəsmən təsdiqləməyib.

Избранный
146
1
publika.az

1Источники