Qazaxda avtomobil qəzasında xəsarət alan şəxs dünyasını dəyişib.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, "Mercedes" və "Ford" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan 1955-ci il təvəllüdlü Ş.Mustafayeva aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, hadisə nəticəsində daha 2 nəfər də xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
23:59
Qazax şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, hadisə mərkəzi prospektlərin birində qeydə alınıb.
"Ford" və digər minik avtomobilinin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü İ.Musayev, 1955-ci il təvəllüdlü Ş.Mustafayeva və daha bir nəfər xəsarət alıb.
Zərərçəkən 3 nəfərdən Ş.Mustafayevanın vəziyyəti ağır qiymətləndirilir. Zərərçəkənlər təcili tibbi yardım briqadası və yaxınlıqdakı vətəndaşların köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.