RU

Yutub dizaynını dəyişir

Quql şirkəti yutub sosial şəbəkəsinin yeni dizaynını üçün test etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, yeni dizaynı ilk yutub premium istifadəçiləri sınaqdan keçirə biləcəklər.

Bildirilir ki, yeni interfeysdə videonun başlığı, təsviri və şərhləri pleyerin sağına, video tövsiyələri isə aşağıya köçürülüb. Düşünülür ki, yeni dizayn əlaqəli məzmunu tapmağı asanlaşdıracaq.

Qeyd edilir ki, bu dizayn sınaq mərhələsindədir və istifadəçi rəyi yeni dizaynın daimi olaraq tətbiq edilib-edilməməsinə qərar verməkdə əsas rol oynayacaq.

Təcrübə 1 iyul 2024-cü ilə qədər Premium istifadəçilər üçün əlçatandır. Sonrakı sorğularda iştirak edənlərə hədiyyə kartı veriləcəyi bildirlir.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
teleqraf.com

1Источники