RU

Metro və avtobuslarda havalandırma sistemi hava çatdırırmı?! - VİDEO

Metro və avtobuslarda havalandırma sistemi hava çatdırırmı?! - VİDEO

İctimai nəqliyyatda sərnişin sıxlığı və havasızlıq yayın istisində insanları taksilərə üz tutmasına vadar edirdi. indi manatlıq taksilərin fəaliyyəti məhdudlaşdırılıb, şirkət taksilərin tapmaq isə müşkülə çevrilib. Hələ gediş haqqından danışmağa dəyməz. Yollardakı tıxacda öz yerində. Bəs qızmar günəş altında əhali komfortlu, ən azından hava çatışmazlığı, ürək tutması yaşamadan ünvana nə ilə gedib çatmalıdır?

İlk ağla gələn həmişə yerin altıdır. Yəni metropoliten. Metropolitendə bəzi qatarlarda havalandırma sisteminin olmaması sərnişinlərin ciddi narazılığına səbəb olur. Nəzərə alsaq ki, bu nəqliyyat vasitəsində ilin bütün fəsillərində sıxlıq müşahidə olunur. Yay aylarında bu hal ikiqat dözülməz vəziyyətə gətirib çıxarır.

Sonxeber.az xəbər verir ki, "Xəbər ertəsi" vətəndaşlar arasında sorğu keçirib:

"Qatarlarda həm sıxlıq olur, həm də isti. Demək olar ki, havalandırma sistemi köhnə qatarlarda yoxdur. Bu zaman vəziyyət dəhşət olur. Nəfəs almaq mümkün deyil. Pik saatlarda vəziyyət daha da çətinləşir".

Bəzi marşrut avtobuslarında vəziyət eynidir. Sərnişinlər deyirlər ki, bu nəqliyyat vasitələrində kiçik nəfəslikləri açmaq çıxış yolu deyil:

Ətraflı "Xəbər ertəsi"nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
113
sonxeber.az

1Источники