RU

Avstraliya Qəzzanın aclıqdan əziyyət çəkən əhalisi üçün humanitar yardım ayırıb

Avstraliya Qəzzanın aclıqdan əziyyət çəkən əhalisi üçün humanitar yardım ayırıb.

Qəzzada davam edən müharibənin dinc əhali üçün humanitar fəlakət yaratdığını nəzərə alan Avstraliya növbəti dəfə bölgə əhalisi üçün 6,6 milyon dollar humanitar yardım ayırıb. Bu barədə məlumat verən Avstraliya Xarici işlər naziri Penni Vonq bəyan edib ki, ayrılan vəsaitdən Fələstin anklavında aclıqdan və xəstəlikdən əziyyət çəkən əhali üçün ərzaq, dərmanlar, su və digər gündəlik tələbat malları alınacaq. Alınacaq humanitar yardımların aclıq təhlükəsi ilə üzləşən mülki şəxslərə ərzaq yardımı çatdırmaq üçün Ümumdünya Ərzaq Proqramına göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Qəzza zolağında müharibə başlayandan bu günə kimi Avstraliya doğma yurd- yuvalarını tərk etməyə məcbur olan insanlar üşün 47milyon dollardan çox humanitar yardım ayırıb.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
92
oxumeni.az

1Источники