RU

Stoltenberq: NATO hər il Ukraynaya 40 milyard dollar dəyərində yardım edir

Stoltenberq:

Kiyev, 12 iyun, AZƏRTAC

“Şimali Atlantika Alyansı münaqişə başlayandan Ukraynaya yardım edir. Bu dəstək də bundan sonra da göstərilməlidir”.

AZƏRTAC xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Riqada keçirilən brifinqdə bildirib.

Stoltenberq vurğulayıb ki, NATO sammitində Alyans üzvlərinin Ukraynada bundan sonra da müdafiənin gücləndirilməsi barədə qərar qəbul edəcəyini gözləyir. NATO təlimlərin və Ukraynaya yardımın koordinasiyasında iştirak edəcək, eləcə də üzərinə uzunmüddətli maliyyə öhdəliyi götürəcək.

“Alyans üzvləri Ukraynaya hər il təxminən 40 milyard avro dəyərində hərbi dəstək göstərirlər. Biz bu dəstək səviyyəsini lazım olacağı qədər qorumalıyıq”, - deyə Stoltenberq vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
78
40
azertag.az

10Источники