RU

ABŞ tarixində daha bir ilk: Baydenin oğlu günahkar bilindi

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden qanunsuz silah əldə etmək ittihamı ilə ona qarşı açılan federal işdə təqsirli bilinib.

Münsiflər prezidentin oğlunu federal lisenziyalı silah satıcısına yalan danışmaqda, ərizə formasında narkotik istifadəçisi olmadığını və 11 gün ərzində qanunsuz olaraq silah saxlamaqda təqsirli biliblər.

Məhkəmə hakimi Maryellen Noreika təqsirli bilinən Hunter Baydenə 25 ilə qədər həbs cəzası vermək səlahiyyətinə malik olsa da, cinayətin ilk dəfə törədilməsi kimi amillər cəzanın azaldılmasına imkan yaradır.

Hakimin Hunter Baydenə həbs cəzası verib-verməyəcəyi hələ də bəlli deyil.

Məhkəməyə müdaxilə kimi qəbul edilməmək üçün məhkəmə prosesində oğlunun işindən danışmamağa üstünlük verən Co Baydenin qərarla bağlı nə deyəcəyi maraq doğurur.

Hunter Baydenin də Kaliforniya əyalətində 1,4 milyon dollar vergi ödəməmək ittihamı ilə sentyabr ayında mühakimə olunacağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
71
1
kommersant.az

2Источники