RU

Rusiya Asiyada ərəb neftini “küncə sıxıb”

2024-cü ilin aprelində Hindistan idxal neftinə olan tələbatının 41 faizini Rusiyadan aldığı neft hesabına qarşılayıb.

Musavat.com xəbər verir ki, bu, OPEK-in iyun ayı üzrə hesabatında əksini tapıb. Mart ayında Rusiya nefti Hindistanın tələbatının 34 faizini qarşılamışdı.

OPEC-in istinad etdiyi Kpler analitik agentliyinin məlumatına görə, apreldə Hindistanın ümumi idxalının 21 faizini İraq, 12 faizini isə Səudiyyə Ərəbistanı təmin edib.

Hindistanın apreldə ümumi neft idxalı mart ayı ilə müqayisədə 7 faiz artaraq sutkada 5,2 milyon barelə çatıb.

Bundan əlavə, OPEK-in məlumatına görə, aprel ayında Rusiya Çinin ümumi neft idxalının 21 faizini təmin edib. Təchizatın 14 faizi Səudiyyə Ərəbistanının, 12 faizi İraqın, 9 faizi Malayziyanın payına düşüb. Ümumilikdə, Çinin neft idxalı, OPEK-in hesablamalarına görə, apreldə mart ayı ilə müqayisədə 6 faiz azalaraq sutkada 10,9 milyon barel təşkil edib.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
92
musavat.com

1Источники