RU

Putin Türkiyə ilə ticarət dövriyyəsindəki azalmanı izah edib...

...Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsinin azalmasının özünəməxsus səbəbi var. Bunu Vladimir Putin Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidanla görüşündə deyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti dövlət başçısına istinadən yazıb.

Rusiya rəhbəri hesab edir ki, əmtəə qiymətlərində düzəlişlər nəticəsində ticarət dövriyyəsi azalıb.

...Ümid edirəm ki, biz bu vəziyyəti yaxın gələcəkdə düzəldə biləcəyik və hər şey, hətta keçən il olduğu kimi inkişaf edəcək.

Bunu deyən Putin, xatırladıb ki, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatmışdı.

Xatırladaq ki, bir müddət bundan əvvəl Valentina Matvienko, ötən il Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 60 milyard dollar təşkil etdiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
105
sia.az

1Источники