RU

Vilayət Eyvazov Əbu-Dabidə həmkarı ilə görüşdü 

İyunun 11-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, səfər çərçivəsində nazir Vilayət Eyvazov Əbu-Dabi şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və daxili işlər naziri general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyanla görüşü olub.

 

Görüşdə ölkələrin daxili işlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
144
8
modern.az

10Источники