RU

Kanat qəzasında təqsirləndirilənlərin məhkəməsi oldu

Antalyada Sarısu-Tünəktəpə kanat xəttində baş verən qəzada təqsirləndirilənlərin ilk məhkəmə iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Kəpəz Bələdiyyə Başçısı Məsud Kocagöz də daxil olmaqla 12 müttəhim ilk dəfə hakim qarşısına çıxıb.

36 səhifəlik ittihamnamədə 12 nəfərdən 7-nin əsas, 5-nin isə ikinci dərəcəli günahkar olduğu müəyyən edilib.

Onların hər birini 27 ilə qədər həbs cəzası istənilib.

Bildirək ki, təqsirləndirilən şəxslər ehtiyatsızlıqdan adam öldürmə, xəsarət yetirmə və ehtiyatsızlıqdan yol hərəkəti təhlükəsizliyinə təhlükə törətmə maddələri ilə mühakimə olunurlar. 

İlk iclasın sonunda məhkəmə kollegiyası müvəqqəti qərarına görə, Kəpəz Bələdiyyə Başçısı Məsut Kocagöz sərbəst buraxılaraq mühakimə olunacaq.

Məhkəmə dəlilləri nəzərə alaraq, həbs olunmadan mühakimə olunan Yuxarı stansiyada əməliyyatçı köməkçisi vəzifəsində çalışan Suphi Kaplanın ehtiyatsızlıqdan ölümə səbəb olması səbəbilə həbsinə qərar verib.

Cinayət işi üzrə növbəti məhkəmə iclası avqustun 7-də keçiriləcək.

Xatırladaq ki, aprelin 13-də baş verən kanat qəzasında 1 nəfər ölüb, 7-si yaralanıb. 174 nəfər isə kabinlərdə sıxılı qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
37
qafqazinfo.az

1Источники