Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Artur Yeroyan NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən iclasında videobağlantı vasitəsilə iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşün keçirilməsində məqsəd aktual beynəlxalq və regional məsələləri, NATO ilə tərəfdaş dövlətlər arasında əməkdaşlıq məsələlərini müzakirə etmək olub:
“General-mayor Yeroyan öz çıxışında Ermənistanın müdafiə sektorunun transformasiyasında NATO ilə əməkdaşlığın vacibliyini vurğulayıb və NATO-nun himayəsi altında sülhməramlı missiyalarda davamlı iştiraka sadiqliyini təsdiqləyib”.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта