RU

Hollandiya Ukraynanın yenidən qurulması üçün 138 milyon avro ayırıb

Hollandiya Ukraynanın bərpası üçün müxtəlif layihələrin həyata keçirilməsinə 138 milyon avro ayırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hollandiyanın Baş naziri Mark Rutte Berlində Ukraynanın bərpasına dair beynəlxalq konfransda iştirakı zamanı deyib.

"Hollandiya həyati əhəmiyyətli enerji infrastrukturunun təmiri, humanitar yardım və biznesin bərpası təşəbbüsləri üçün 138 milyon avroluq yeni yardım paketi ayırır", - Rutte qeyd edib.

"Lakin güclü silahlı qüvvələr olmadan bərpanın mənası yoxdur. Buna görə də biz Ukraynaya" Patriot" kompleksinin tədarükü ilə bağlı danışıqları davam etdirəcəyik", - Baş nazir əlavə edib.

Daha əvvəl Rutte bildirmişdi ki, Hollandiya bu il Ukraynaya hərbi dəstək üçün əlavə 1 milyard avro ayırmağa və 2025-ci ildə yardım üçün büdcədə daha 3 milyard avro ayırmağa qərar verib. Bundan əlavə, Ukrayna iqtisadiyyatını ayaqda saxlamaq və kritik enerji infrastrukturunu təmir etmək üçün 400 milyon avro ayrılması planlaşdırılır. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
iqtisadiyyat.az

1Источники