Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında iştirakı çərçivəsində Ukraynanın xarici ilər naziri Dmitro Kuleba ilə görüşüb.
Aznews.az xəbər verir ki, Görüş zamanı Azərbaycan-Ukrayna əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə bölgədəki cari vəziyyət müzakirə edilib.
Nazir Ceyhun Bayramov Ukraynalı həmkarını bölgədəki son vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı bərpa-yenidənqurma işləri, mina təhdidi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün atılan addımlar, habelə maneələr barədə məlumatlandırıb.
Ukrayna tərəfi ölkəsinə göstərilən humanitar dəstəyə və bərpa işlərinə görə təşəkkür edib.