RU

Versal saryı yandı

Versal sarayının damının təmir işləri aparılan hissəsində yanğın baş verib.

Tarixi kompleksdə yanğın siqnalının işə düşməsi ziyarətçilərin təxliyəsinə səbəb olub.

Editor.az bildirir ki, bu barədə Reuters agentliyi kompleksin administrasiyasına istinadən məlumat yayıb. “Le Figaro” qəzeti Yvelines departamentinin yanğınsöndürmə briqadasına istinadən yazır ki, sarayda genişmiqyaslı yanğınsöndürmə əməliyyatı aparılır. İlk xilasedicilər yerli vaxtla saat 15:30-da Versal binasına gəliblər.

Sarayın ərazisində yerləşən bütün yanğınsöndürmə briqadaları söndürülməyə cəlb olunub. Daha sonra tarixi kompleksin mətbuat xidməti təsdiqləyib ki, bu gün, iyunun 11-də Versalda günorta saatlarında tüstülənmə baş verib. “Vəziyyət tez bir zamanda nəzarətə götürülüb, ziyarətçilər təhlükəsizlik məqsədilə təxliyə edilib”, – Versal Sarayının səhifəsində deyilir.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
47
editor.az

1Источники