RU

"Sinteks Group of Companies" işçi axtarır - VAKANSİYA

Sinteks Group of Companies

Büdcə, xərclərə nəzarət və hesabatlıq üzrə mütəxəssis

Son tarix 11 iyl 2024 - [email protected]

Sinteks Şirkətlər qrupuna hal hazırda Büdcə, xərclərə nəzarət və hesabatlıq üzrə mütəxəssis tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Büdcə, xərclərə nəzarət və hesabatlıq üzrə mütəxəssis maliyyə planlaşdırılması, "MHBS”-nin tələblərinə uyğun olaraq maliyyə və idarəetmə hesabatlarının hazırlanması, xərclərə nəzarət prosesində iştirak edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin aylıq, rüblük, illik idarəetmə və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak
  • Növbəti il üçün maliyyə planlaşdırılması prosesinə hazırlığın təşkili və  büdcənin formalaşdırılması
  • Büdcə icraatı və xərclərə nəzarət edilməsi
  • Dövr üçün təsdiqlənmiş büdcələrin aylıq və rüblük  əsasında plan/fakt hesabatının təqdim edilməsinin icrası
  • Satışın plan/fakt hesabatının hazırlanması  və təqdim edilməsi

Təhsil:

  • Mühasibat, İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə Ali təhsil

Təcrübə:

  • Büdcə / Maliyyə / Mühasibat sahəsində 1 ildən çox təcrübə

Professional biliklər:

  • MS Office Proqramları 

Professional bacarıqlar və kompetensiyalar: 

  • Analitik düşüncə
  • Ünsiyyət bacarıqları
  • Zamanın idarəolunması
  • Detallara diqqət
  • Məsuliyyət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Büdcə, xərclərə nəzarət və hesabatlıq üzrə mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
fed.az

1Источники