RU

“MiQ-29 qırıcılarının Ukraynaya verilməsi qanunsuz idi” – Müdafiə naziri

“2023-cü ildə Slovakiyanın MiQ-29 qırıcılarının Ukraynaya təhvil verməsi qeyri-qanuni idi”.

KONKRET.az xəbər verir ki, bu sözləri Slovakiya Müdafiə Nazirliyinin dövlət katibi İqor Meliher deyib.

O bildirib ki, bu səbəbdən ölkənin keçmiş Müdafiə Nazirliyinin rəhbəri Yaroslav Nağıya qarşı“qanuni tədbirlər görüləcək.

“MiQ-29 qırıcıları Ukraynaya qeyri-qanuni yollarla göndərilib. Müdafiə Nazirliyindən keçmiş nazirə belə bir addım atmaq hüququ verən heç bir rəsmi material yoxdur. Bir dövlət məmuru kimi yol verilmiş səhvləri düzəltmək mənim borcumdur və bu da onlardan biridir”, – deyə İqor Meliher əlavə edib.

Burhan,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
konkret.az

1Источники