RU

Ermənistan SQ-nin Baş Qərargah rəisinin müavini NATO Hərbi Komitəsinin iclasında iştirak edib

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Artur Yeroyan çərşənbə axşamı videobağlantı vasitəsilə NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən iclasında iştirak edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"General-mayor Yeroyan öz çıxışında Ermənistanın müdafiə sektorunun transformasiyasında NATO ilə əməkdaşlığın vacibliyini vurğulayıb və NATO-nun himayəsi altında sülhməramlı missiyalarda davamlı iştiraka sadiqliyini təsdiqləyib", - deyə məlumatda bildirilir.

Mətbuat xidməti qeyd edib ki, görüşün keçirilməsində məqsəd aktual beynəlxalq və regional məsələləri, o cümlədən NATO ilə tərəfdaş dövlətlər arasında əməkdaşlıq məsələlərini müzakirə etməkdir. 

Избранный
129
15
operativmedia.az

10Источники