RU

ABŞ prezidenti oğluna verilən istənilən cəzanı qəbul edəcək..?

ABŞ prezidentinin oğlu Hunter Bayden üç qanunsuz silah saxlamaqda təqsirli bilinib.

SİA-nın əldə etdiyi məlumata görə, bu, münsiflər heyətinin çıxardığı hökmdür.

Bir gün əvvəl prokuror Baydenin günahına dair sübutlar topladığını və bunun "xoşagəlməz və heyrətamiz" olduğunu açıqlayıb.

Nümunə kimi o, prezidentin oğlunun narkotikdən istifadə etməsi faktlarını göstərib.

Lakin hüquqşünaslar hesab edir ki, bu məlumat sübuta yetirilməyib.

İndi kiçik Baydeni 25 ilə qədər həbs gözləyir.

Bundan əlavə, o, 750 min dollar cərimə ödəməli olacaq. Qeyd edək ki, bundan əvvəl atası ABŞ prezidenti oğluna verilən istənilən cəzanı qəbul edəcəyini bildirmişdi.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
75
sia.az

1Источники