RU

Le Penin 28 yaşlı baş nazir namizədi

Fransanın Milli Birlik Partiyasının qurucusu Marin Le Pen bildirib ki, parlament seçkilərində qalib gələrsə, müttəfiqi 28 yaşlı Cordan Bardella baş nazir təyin olunacaq.

525.az “Euronews”a istinadən xəbər verir ki, Le Pen prezidentlik ambisiyalarını da açıqlayıb.

O, Milli Birlik partiyasının rəhbəri Cordan Bardella ilə “icraçı cütlük” kimi hərəkət edəcəklərini açıqlayıb.

“Mən fransızlara demişəm ki, artıq bir neçə aydır Bardella ilə xalqın bizə həvalə etdiyi vəzifələri mümkün qədər yaxşı yerinə yetirmək üçün icraçı cütlük kimi işləyirik. Düşünürəm ki, Milli Birliyə Fransanı doğru yola çıxarmaq imkan verməniz üçün tarixi fürsət var”.

Mühafizəkar siyasətçi bildirib ki, onun partiyası 30 iyun və 7 iyul seçki günü digər sağçı namizədlərlə qüvvələri birləşdirməyi nəzərdən keçirəcək.

Qeyd edək ki, Fransanın mülayim sağçı Respublikaçılar partiyasının lideri Erik Sotti qarşıdan gələn növbədənkənar parlament seçkilərində ifrat sağçı Milli Birliyi ittifaqa çağırıb. Bundan əvvəl o, Makronun İntibah partiyası ilə koalisiyaya girməkdən imtina edib. Siyasətçi bildirib ki, Fransaya bu qədər ziyan vuran hökumətlə koalisiyaya girməkdən söhbət gedə bilməz.

Pərvanə























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
20
525.az

10Источники