RU

"Real Madrid" Arda Güləri sata bilər


\"Real Madrid\"in türkiyəli futbolçusu klubdan göndərilə bilər. 

AZXEBER.COM İspaniya mətbuatına istinadən xəbər verir ki, \"Kral klubu\" Dani Sebalyos və Arda Gülər arasında seçim etmək məcburiyyətində qalarsa, birinciyə üstünlük verəcək. 

Bunun əsas səbəbi isə Karlo Ançelottinin karyerasını başa vuran Toni Kroosu Sebalyosun əvəzləyə biləcəyini düşünməsidir.

 Ümumilikdə, italiyalı mütəxəssis hücuma meyilli və topa daha yaxşı nəzarət edən futbolçunu komandada saxlayacağını bildirir. Bu mənada, Sebalyos təcrübəsi hesabına Ardanı geridə qoyur.

 Bildirilir ki, Ançelotti Sebalyosa daha çox güvənir və klubdan ayrılma ehtimalı yüksək olan Gülərdir.
Избранный
138
azxeber.com

1Источники