RU

"LOTO MARKETİNQ VƏ KONSALTİNQ"ə protokol tərtib edilib

"LOTO MARKETİNQ VƏ KONSALTİNQ" Məhdud Məsuliyyətli Cəmiyyəti vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan ( Məcburi auditdən yayınma) inzibati xəta protokolu tərtib olunub. 

Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 464-cü  maddəsinə görə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır. 

Sadiq İsbəndərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
72
2
valyuta.az

3Источники