RU

Yüzlərlə ziyarətçi Versal sarayından evakuasiya edildi

Fransada Versal sarayı boşaldılır.

Publika.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Bildirilib ki, həyəcan siqnalı çaldıqdan sonra hadisə yerinə yanğınsöndürmə briqadaları gəlib. Onlar yüzlərlə insanı binadan çıxarıblar.

Telekanalın yayımladığı kadrlarda saray və park kompleksinin üzərində ağ tüstü buludlarının yüksəldiyi görünür.

"Reuters"in məlumatına görə, yanğın sarayın damının həmin an təmir olunan hissələrindən birində qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
74
publika.az

1Источники