Keçmiş "Liverpul" ulduzu Mamadu Saxo, mübahisəli şəraitdə son klubundan ayrıldıqdan 7 ay sonra karyerasını canlandırmaq üçün Gürcüstana köçmək istədiyi bildirilib.
90deqiqe.Az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı futbolçu Brendan Rocers və Yurgen Kloppun rəhbərliyi altında 2013-2017-ci illərdə "Enfild"də 4 il keçirib. O, 2021-ci ilə qədər İngiltərədə qaldıqdan sonra vətəni Fransaya dönərək "Monpelye"də oynayıb.
Mamadu Saxo ötən ilin noyabrından azad agent statusu alıb.O hazırda Gürcüstanın "Torpedo Kutaisi" komandası ilə danışıqlar aparır.