RU

Motta "Yuventus"un yeni baş məşqçisi oldu

“Bolonya”nın sabiq çalışdırıcısı Tiaqo Motta “Yuventus”unun yeni baş məşqçisi olub. Matc.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Fabrisio Romano məlumat verib. Bildirilir ki, mütəxəssis bu gün Portuqaliyada klub nümayəndələri ilə görüşdən sonra “Yuventus”la müqavilə imzalayıb. Mottanın Turin klubu ilə müqaviləsinin 3 illik olacağı bildirilir. Qeyd edək ki, 41 yaşlı mütəxəssis aktiv futbol karyerasını 2018-ci ildə başa vurub. Onun son klubu Fransa PSJ-si olub. 2018/2019 mövsümündə Motta parislilərin 19 yaşadək futbolçulardan ibarət komandasına, 2019-cu ilin oktyabrından dekabrınadək İtaliyanın “Cenoa” komandasına, 2021/2022 mövsümündə “Spesiya”ya rəhbərlik edib. “Bolonya” klubunu isə 2022-ci ilin sentyabrından çalışdırıb.  

Избранный
133
matc.az

1Источники