RU

Nikaha daxil olma ilə bağlı 17 yaşın ləğv olunması sui-istifadə hallarını aradan qaldıracaq- Deputat

İstisna hal kimi nikaha daxil olma ilə bağlı 17 yaşın ləğv olunması sui-istifadə hallarını aradan qaldıracaq. Bunu deputat Tamam Cəfərova deyib.

"Nikah yaşı ilə bağlı istinsa ləğv olunur. Bu yaxşı haldır. Bu sui-istifadə vəziyyəti yaradırdı. Erkən nikahlar qadınların hüquq və azadlıqları məhdudlaşdırır. Təhsil hüquqlarını pozur. Problemlərin çoxu da ailə qurandan sonra baş verir. Ailələr dağılır,uşaqların hüquqları pozulur. Maarifləndirmə aparmalıdır. Dünyada bu cür qadağalar tətbiq olunur”, - deputat iyunun 11-də Milli Məclisin Ailə,Qadın və Uşaq komitəsinin iclasında  Ailə Məcəlləsində, Azərbaycan Respublikasının  Cinayət   Məcəlləsində  və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən deyib. 

Deputat bildirib ki, bu cür məsələlərdə din xanımlərinin və yerli bələdiyyələr kompleks tədbirlər həyata keçirməlidir. 

Azərbaycanda yeni qəbul olunacaq qanuna görə nikah yaşı 18 qəbul olunacaq. Əvvəl isə bəzi istisnalar olmaqla bu yaş 17 kimi müəyyən oluna bilirdi.
 
Gülnar 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
107
anews.az

1Источники