RU

26 il əvvəl adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

26 il əvvəl törədilmiş qətlə görə təqsirləndirilən Kərim Kərimlinin cinayət işi üzrə məhkəməsi davam etdirilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri iş üzrə əsas şahid olan Əsgər Qurbanovun dindirilməsini tələb ediblər.

Məhkəmə qısa müşavirədən sonra son və əsas şahid barəsində qərar qəbul edib.

Qərara əsasən, Əsgər Qurbanov polisin nəzarəti altında məhkəməyə məcburi şəkildə gətirilsin.

Məhkəmənin növbəti iclası iyulun 2-nə təyin edilib.

Qeyd edək ki, 1933-cü il təvəllüdlü Zoyaxanım Rzayevanın 1997-ci il yanvarın 24-də yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə ötən illərdən bağlı qalmış cinayət işinin açılması təmin edilib.

Prokurorluq, Daxili işlər orqanları və Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən həyata keçirilmiş məqsədyönlü və koordinasiyalı tədbirlər nəticəsində Kərim Kərimli tərəfindən aralarında yaranmış mübahisə zəmnində Zoyaxanım Rzayevanın xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Kərim Kərimliyə 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə yekun ittiham elan edilib.

OrxanRasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
88
e-huquq.az

1Источники