RU

Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 11-də Milli Məclisin Ailə, qadın və uşaq məsələlərikomitəsinin növbəti iclası keçirilib.

Parlamentdən Trend-ə verilən məlumata görə, Komitənin sədriHicran Hüseynova gündəliyə dörd məsələnin – AzərbaycanRespublikasının Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibatiXətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, habeləAzərbaycan Respublikasının Ailə Məcəlləsində, “AzərbaycanRespublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”,“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsihaqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasınınqanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrinin birincioxunuşda və ikinci oxunuşda olan Azərbaycan Respublikasının AiləMəcəlləsində dəyişiklik edilməsi haqqında iki qanun layihəsinindaxil edildiyini söyləyib.

H.Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində,Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklikedilməsi haqqında qanun layihəsini təqdim edərək bildirib ki,layihə yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohumnikahlarla bağlı ölkədə mövcud olan ciddi problemlərin qarşısınınalınması məqsədilə hazırlanıb. O, qeyd edib ki, qanunvericilikdəüzrlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılmasını ehtivaedən normanın mövcudluğu əksər hallarda yetkinlik yaşınaçatmayanların hüquq və azadlıqlarının məhdudlaşdırılması ilənəticələnir. Komitə sədri diqqətə çatdırıb ki, layihədə adlarıçəkilən məcəllələrə dəyişiklik etməklə nikah yaşının azaldılmasıilə bağlı istisnanın ləğvi, erkən evliliyin təşkilinə, həmin yaşdaolan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkənevliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyəgörə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyən edilməsitəklif olunur.

Sənədə əsasən, Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adınındəyişdirilməsi, yəni “Qadını nikaha daxil olmağa məcbur etmə”deyil, “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimimüəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsinigenişləndirir. Məcəlləyə təklif edilən 176-2-ci maddə 16 yaşınaçatmayan şəxsin erkən evliliyinin təşkilinə görə valideynlər və yayetkinlik yaşına çatmayanları tərbiyə etmək vəzifəsi daşıyanşəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmışşəxs üçün məsuliyyət müəyyən edir.

Layihədə İnzibati Xətalar Məcəlləsinə 189-1-ci maddənin daxiledilməsi təklif olunur ki, burada on altı yaşına çatmayan şəxsbarəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digərşəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyanşəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşınaçatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digərsövdələşməyə daxil olmağa görə cərimə və ya işin hallarına görə,inzibati həbs tətbiq olunur. Həmçinin, ictimai iaşə obyektləriniidarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərinkeçirilməsinə və yetkinlik yaşına çatmayan şəxslər barəsində dinikəbinkəsməyə görə inzibati tənbeh nəzərdə tutun 189-2 və 189-3-cümaddələrin Məcəlləyə əlavə edilməsi erkən evliliklə mübarizədəmühüm addımlardan biri olacaqdır.

Bununla yanaşı, qanun layihəsində aralarında nikahın bağlanmasıyol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlıtəkliflər yer alıb. Belə ki, Ailə Məcəlləsinin 12-ci maddəsində(Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşıqardaşların və bacıların ümumi bioloji baba və nənəsi olan uşaqlar,o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı,həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahınbağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdətutulur.

Məsələ ətrafında müzakirələrdə çıxış edən Ailə, qadın və uşaqməsələləri komitəsinin sədr müavini Jalə Əliyev, üzvləri RəşadMahmudov, Sədaqət Vəliyeva, Tamam Cəfərova, Hüquq siyasəti vədövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov layihədə təklifolunan dəyişikliklərin mütərəqqi xarakter daşıdığını bildiriblər.Millət vəkilləri sənədin milli-mənəvi dəyərlər nöqteyi-nəzərindən,insanların sağlamlığının qorunması, insan hüquqlarının təminedilməsi baxımından əhəmiyyətini qeyd ediblər, layihədə əks olunanhallarla bağlı maarifləndirmə işinin təşkilinin önəmindən söhbətaçıblar.

Tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininsədr müavini Gündüz İsmayılov, Daxili İşlər Nazirliyinin Başİctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarlaprofilaktiki işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev,Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqitəminat şöbəsinin müdiri Taliyə İbrahimova, Ədliyyə NazirliyininQanunvericilik Baş İdarəsinin Sosial Normativ Aktlar İdarəsininaparıcı məsləhətçisi Nərgiz Məmmədli məsələyə dair bəzi qeydlərinisəsləndiriblər. Komitə iclasında çıxış edən parlament AparatınınSosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanunlayihəsinin vacibliyini qeyd edərək, dəyişikliklərin mahiyyətibarədə öz fikirlərini açıqlayıb, habelə deputatların qaldırdıqlarıməsələlərə aydınlıq gətirib.

Sonra iclasda Azərbaycan Respublikasının Ailə Məcəlləsində,“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”,“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsihaqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasınınqanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinəbaxılıb.

Məsələ barədə məlumat verən komitə sədri Hicran Hüseynovadiqqətə çatdırıb ki, təklif edilən dəyişikliklərdə “elektronxidmət”in anlayışı verilir, dövlət informasiya ehtiyatlarının vəsistemlərinin formalaşdırılmasına dair tələblər, həmin sisteministifadəyə verilməsi, elektron xidmətlərin qeydiyyatının həyatakeçirilməsi məqsədilə vahid reyestrin aparılması qaydaları, dövlətinformasiya ehtiyatları və sistemlərinin təhlükəsizlik meyarlarıüzrə monitorinqi və auditinə dair ümumi qaydalar müəyyən olunur.Layihədə ümumilikdə dövlət informasiya ehtiyatlarının vəsistemlərinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olanməsələlərə dair əsas müddəalar əks olunur.

Qeyd olunub ki, dəyişikliklərin bir qismi isə dövlət orqanlarıtərəfindən vətəndaşlara göstərilən xidmətlər zamanı ElektronHökumət İnformasiya Sistemindən istifadənin daha dagenişləndirilməsi, vətəndaşlara göstərilən xidmətlər zamanı vaxtitkisinin qarşısının alınması dövlət orqanları arasında məlumatmübadiləsi prosesinin daha da sürətləndirilməsi məqsədiləhazırlanıb. Layihədə, həmçinin normativ aktlar arasında uyğunluğuntəmin edilməsi və dəqiqləşdirmə məqsədi daşıyan digər dəyişikliklərdə öz əksini tapıb.

Sənədlə bağlı deputatlar Sevil Mikayılova və Nurlan Həsənov özfikirlərini səsləndiriblər.

İclasda, habelə Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqındaqanun layihələri də ikinci oxunuşda nəzərdən keçirilib. Bildirilibki, Məcəllənin nikahın bağlanmasına mane olan halları əks etdirən12-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, aralarındanikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindənbiri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan əcnəbilərin vəya vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdətutulur.

Digər layihədə Ailə Məcəlləsinin 13-cü maddəsində dəyişiklikedilməsi təklif olunur. Belə ki, Məcəlləyə əlavə edilən 13.5-1-cimaddəyə əsasən, Azərbaycanın diplomatik nümayəndəliklərində və yakonsulluq idarələrində nikaha daxil olmaq istəyən Azərbaycanvətəndaşları bu Məcəllənin 13.1-ci maddəsində nəzərdə tutulmuşxəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri hesabına müraciətetdikləri diplomatik nümayəndəliyin akkreditə olunduğu, yaxudyerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçəbilərlər. 13.5-2-ci maddədə isə diplomatik nümayəndəliklərdə və yakonsulluq idarələrində nikaha daxil olmaq barədə verilmiş ərizəyəbu Məcəllənin 13.5-1-ci maddəsində nəzərdə tutulan tibbmüəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərinitəsdiq edən sənədin əlavə olunması müəyyən edilir.

Müzakirəyə təqdim edilən qanun layihələrinin hər biri baxılmaqüçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Sevil Mikayılova, Nigar Arpadarai, PərvinKərimzadə, Könül Nurullayeva, DİN Bas Təşkilat-İnspeksiyaİdarəsinin Hüquqi təminat şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrəbaş inspektoru Muraz Səmədov və digər rəsmi şəxslər iştirakediblər.

Ailə,
Ailə,
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
104
1
az.trend.az

2Источники