RU

Ərdoğan 18 il sonra CHP-nin qərargahında – Özəllə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və CHP sədri Özgür Özəl arasında görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, prezidenti CHP-nin qərargahı önündə Özəl qarşılayıb.

Ərdoğan və Özəl qərargah qarşısında əl sıxaraq mətbuat mənsublarına pozalar verib.

Görüşdən əvvəl protokol qaydalarına uyğun olaraq CHP-nin qərargahında prezident nişanının yer aldığı Türkiyə bayrağı qaldırılıb.

Ərdoğanı baş müşaviri Akif Çağatay Kılıç və AKP sədrinin müavini Mustafa Elitaş, Özəli isə CHP millət vəkili və keçmiş səfir Namık Tan müşayiət edib.

Ərdoğanla Özəlin ilk görüşü mayın 2-də olub. Ərdoğan Özəli AKP-nin qərargahında qonaq edib.

Prezident Ərdoğan sonuncu dəfə 2006-cı ildə CHP-nin qərargahında olub və o vaxtkı sədr Dəniz Baykalla görüşüb.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
183
teleqraf.com

1Источники