RU

Azərbaycan-Avstriya hərbi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib

Bakı. Trend:

İyunun 11-də Azərbaycan Respublikasının müdafiə nazirigeneral-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olanAvstriya Federal müdafiə nazirinin Baş katibi doktor ArnoldH.Kammelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayangeneral-polkovnik Z.Həsənov dost və tərəfdaş ölkəninnümayəndələrini Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, SilahlıQüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi iləVətən müharibəsində qazanılan Qələbədən sonra azad edilmişərazilərdə minatəmizləmə işləri ilə bağlı görülən tədbirlər barədəqonağı məlumatlandırıb.

Görüşdə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi, o cümlədəntəhlükəsizlik sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətivurğulanıb. Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramıçərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının Avstriyanıntəşkilatçılığı ilə keçirilən müxtəlif kurs, seminar və treninqlərdəiştirakı yüksək qiymətləndirilib.

Müdafiə naziri avstriyalı qonağı cari ilin sentyabr ayındaBakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq MüdafiəSərgisinə dəvət edib.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən cənab A.H.KammelAzərbaycan ilə Avstriya arasında hərbi əməkdaşlığın inkişafetdirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə Azərbaycan ilə Avstriya arasında hərbi, hərbi-texniki,hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti müzakirə edilib,birgə hərbi əməkdaşlığın inkişafında qərargah görüşlərinin vəqarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
25
az.trend.az

10Источники