RU

Əfsanə Avro-2024-də belə yad ediləcək

Almaniyada keçiriləcək Avropa çempionatının təşkilatçıları 2024-cü ilin yanvarında vəfat etmiş əfsanəvi alman futbolçu Frans Bekkenbauerin xatirəsini yad edəcəklər.

Publika.az xəbər verir ki, mərasim Münhendə ev sahibləri ilə Şotlandiya arasında keçiriləcək açılış oyunundan öncə baş tutacaq. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Start fitindən əvvəl Almaniya millisini qitə çempionatında çempion edən komandaların kapitanları - Yurgen Klinsmann və Bernard Dits meydana çıxaracaq. Avro-1972-də millinin kapitanı olmuş Bekkenbaueri xanımı Haydi əvəz edəcək.

Qeyd edək ki, Frans Bekkenbauer 78 yaşında vəfat edib. O, Almaniya millisinin heyətində futbolçu kimi Avropa və Dünya Çempionatının qalibi olub. 1990-cı ildə isə baş məşqçi kimi milli komandanı dünya çempionatında qələbəyə aparıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
publika.az

1Источники