RU

“Express Lombard”ın səhmlərinə 3 investor müştəri çıxıb

29 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Express Lombard” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti-listinqə daxil edilib.

Banker.az-a BFB-dən bildirilir ki, bu səhmlər üçün 3 investor sifariş verib.

Buna qədər səhmlərin 100%-i Svetlana İsayeva Cəmil qızına məxsus idi.

Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 7-11 iyun 2024-cü il tarixi aralığında yekunlaşıb.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“Express Lombard” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ1001025894
Səhmlərin növü və formasıSəhm adi, sənədsiz, adlı
Ticarət üsulu/formasıKütləvi/Abunə yazılışı
Səhmlərin sayı5,000 (ədəd)
İlkin ticarət qiyməti200 manat
Buraxılış həcmi1,000,000 manat
Hərrac qiyməti200 manat
Reallaşdırılmış həcm996,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)996,000 manat
İnvestor sayı3
Sifariş sayı3
Anderrayter“Capital Partners İ.Ş” QSC

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
35
banker.az

1Источники