RU

Polşa Belarusla sərhədi gücləndirir: Silahdan istifadə məhdudiyyəti götürülür

Polşa hərbçiləri Belarusla sərhəddə uzun müddət qalmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə Polşa Ordusunun Baş Qərargah rəisi general Vislav Kukula bildirib.

O qeyd edib ki, hazırda sərhəddə olan Polşa hərbçiləri hüquqi baxımdan sərhədçilərlə eyni səlahiyyətlərə malikdir, ona görə də ölkə qanunvericiliyinə dəyişiklik etmək lazımdır.

Kukula həmçinin “Təhlükəsiz Podlasie” əməliyyatının başlandığını elan edib. Əməliyyatın məqsədi aktiv və operativ fəaliyyəti təlimlərlə birləşdirmək, eyni zamanda “Şərq Qalxanı” layihəsinin (Rusiya və Belarusla sərhədin möhkəmləndirilməsi üzrə milli proqram) həyata keçirilməsinə şərait yaratmaq və infrastruktura görə məsuliyyəti öz üzərinə götürməkdir. Onun sözlərinə görə, “sərhəddəki qüvvələr homojen olacaq və xaricdəki kimi Polşa hərbi kontingentinə bənzəyəcək”. “Polislə bağlı hərəkətlərə” xüsusi diqqət yetirilməklə əlavə təlimlər keçiriləcək.

“Biz Cinayət Məcəlləsinə dəyişiklik edilməsini təklif edirik ki, dövlət kimin tərəfində olduğuna şübhə olmasın. Bu, əsgərlərin tərəfindədir, biz Cinayət Məcəlləsinin əsgərə silahdan istifadə etməyə icazə verən müddəalarını gücləndirəcəyik”, - bu fikirləri isə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış deyib.

Xatırldaq ki, mayın 28-də Polşa sərhədində sıravi əsgəri Belarusla sərhəddə polad hasardan keçməyə cəhd edən şəxs tərəfindən bıçaqlanıb. Əsgər qoruyucu qalxandan istifadə edərək polad hasarın boşluğunu kəsən zaman kişi əlini hasardan keçirib və bıçaqla onun döş qəfəsinə zərbələr endirib. Daha sonra hərbçinin öldüyü açıqlanıb. Bu hadisə ilə əlaqədar Polşada sərhədçilərin silahdan istifadəsinə qoyulan məhdudiyyətlərin yumşaldılması ilə bağlı müzakirələr başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
75
publika.az

1Источники