Bakı. Trend:
Naxçıvan şəhərində 40 yaşlı kişi intihar edib.
Trend xəbər verir ki, hadisəşəhərin Əliabad qəsəbəsi, döngə 24, ev 1 ünvanında baş verib.
Belə ki, Kəngərli rayon, Çalxanqala kənd sakini 1984-cü iltəvəllüdlü İbrahimov Ayaz Nurəddin oğlu qonaq gəldiyi qardaşıİbrahimov Əfqan Nurəddin oğlunun evində özünü asıb.
Faktla bağlı Naxçıvan şəhər prokurorluğunda araşdırmaaparılır.