RU

Rusiya səfirliyi Danimarkadan BUNU tələb edəcək

Danimarkada Rusiya vətəndaşı kəşfiyyatla əməkdaşlıqda şübhəli bilinərək saxlanılıb. Rusiyanın Kopenhagendəki səfirliyi isə Danimarka hakimiyyətindən rus qadını dərhal azad etməyi tələb edəcək.

Oxu24.com-un xəbərinə görə, Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin bildirib ki, bu həbs Danimarka xüsusi xidmət orqanlarının yalan materialların dərcinə əsaslanan təxribatıdır.

"Məqsəd soydaşlarımızı qorxutmaq və Rusiya ilə əlaqələrini saxlayan xaricdəki Rusiya ictimai təşkilatlarını gözdən salmaqdır",-deyə Barbin Vurğulayıb.

Qeyd edək ki, rusiyalı qadın çərşənbə axşamı həbs edilib. O, Rusiya kəşfiyyatının Danimarkada fəaliyyət göstərməsinə kömək etməkdə ittiham olunur. Danimarka mətbuatı yazır ki, Rusiya vətəndaşı bir neçə ildir ki, Rusiya dövlət fondundan pul alır. Kopenhagendə bu fondun Rusiya kəşfiyyatının nümayəndələri tərəfindən idarə olunduğuna şübhə yoxdur.

Mənbə: Smotrim.ru

Yeganə
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
111
oxu24.com

1Источники