RU

Ukrayna F-16-ları NATO bazalarında qorunacaq?

Ukrayna F-16 qırıcılarına sahib oduqdan sonra onların bir hissəsi xarici bazalarda qalacaq.

News365.az xəbər verir ki, bu barədə “Defense Express” hərbi analitik portalı yazıb. Qeyd edilir ki, bu, müharibədəki vəziyyət nəzərə alınacağı təqdirdə ağlabatan qərar olacaq.

“Gəlin sadə rasional məntiqlə danışaq. Bu F-16-lar Ukraynada olan kimi onlar ruslar üçün 1 nömrəli hədəfə çevriləcəklər. Döyüş təyyarələrinin müdafiəsi ayrıca çətin bir prosesə çevriləcək", - nəşr yazıb.

Eyni zamanda, analitiklər sosial şəbəkə istifadəçilərinin də təklif etdiyi bu ideyanın praktikada olmadığını yazıblar. Bütün F-16-lar NATO ölkələrinin aerodromlarında yerləşdirilsin ki, Rusiya ordusunun təyyarələrə əli çatmasın. Mütəxəssislərin fikrincə, bu bir qədər real da görünmür. Söhbət hətta NATO-nun Rusiya ilə münaqişəyə girmək qorxusundan da getmir. Söhbət Polşa və Rumıniya aerodromlarının Ukrayna cəbhəsindən coğrafi məsafəsindən gedir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
76
50
news365.az

10Источники